Uzun müddətdir anonsları yayımlanan "Məlikməmməd və Ziba" filmi təqdiim olunub.

Metbuat.az xəbər verir ki, filmin qala gecəsi keçirilib. Gecədə həm filmin ulduzları, həm də şou nümayəndələri iştirak edib.

Komediya filminin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur. Komediyanın sujet xətti Məlikməmmədin başına gələn dramatik hadisələr, gülüş doğuran vəziyyətlərdən ibarətdir. Məlikməmməd adı klassik nağıllarımızda olan cəngavər obrazını xatırlatsa da, bu filmin baş qəhrəmanı Məlikmməməd heç bir işdə uğur qazanmayan və ömrü boyu milyonçu olmağın yolunu axtaran obrazdır.

Tədbirdən maraqlı fotoları təqdim edirik:

Rəvan Nasiroğlu / Metbuat.az

Foto: Orxan Line