Saçlarınızı limon suyu ilə masaj edin

Kəpəkli saçlar bir çoxumuzun probleminə çevrilib.

Metbuat.az xəbər verir ki, bu problemdən bir neçə üsul tətbiq etməklə xilas ola biləcəksiniz.

2 aspirini toz halına gətirin və şampuna əlavə edin. Bu qarışığı saçınızda 1-2 dəqiqə saxlayın. Sonra yaxşıca yaxalayın və normal şampun ilə təkrar saçınızı yuyun.

Saçınızı isladın və bir ovuc qabartma tozu ilə saçlarınızı saç dərisinə doğru ovxalayın. Sonra saçınızı yaxalayın, qurudun. Bu üsulu saçınızı hər yuduğunuzda tətbiq edin. Sadəcə qabartma tozu istifadə edin, şampunlamayın. Saçınız biraz quruya bilər, ancaq bir neçə həftə sonra saç dəriniz təbii yağlar istehsal edəcək, daha yumuşaq olacaq.

İki yemək qaşığı limon suyu ilə saç diblərini masaj edin, saçınızı yaxalayın. Daha sonra bir stəkan suya bir çay qaşığı limon suyu qatın və bununla saçlarınızı isladın. Bunu saçınızdakı kəpəklər gedənə qədər tətbiq edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR