Türkiyədə betonqarışdıran maşınla mikroavtobus toqquşub, 2 nəfər ölüb, 17 nəfər yaralanıb
Paylaş
101 baxış·1 dəq oxu
Bakı. 12 may. REPORT.AZ/ Türkiyənin Tekirdağ əyalətinin Szaray rayonunda beton qarışdıran maşınla içərisində sərnişin olan mikroavtobusun toqquması nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb. “Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə mayın 12-də günorta saatlarında baş verib. Qəza zamanı avtomobillərin sürücüləri də yaralanıblar. Hadisənin səbəbi araşdırılır.