Müğənni Xatirə İslam sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Metbuat.az xəbər verir ki, həyat yoldaşı ilə tez-tez istirahətə çıxıb, ailəsinə vaxt ayıran müğənni şəkillərini "İnstaqram" səhifəsində sevənləri ilə bölüşür.

Xatirə İslam bir müddət əvvəl həyat yoldaşı haqqında məlumat vermişdi. Müğənni həyat yoldaşının 5 dil bildiyini, sinxron tərcümə ilə məşğul olduğunu deyib. O qeyd edib ki, ərinin rütbəsi mayordur və 10 min işçiyə rəhbərlik edir.