Seksual tərzi ilə bir çox xanımlara ilham verən pop ulduzu Cennifer Lopes altas kostyumu ilə növbəti dəfə də qəlbləri fəht edə bilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni və aktrisa dünən Nyu-Yorkda NBC telekanalının tədbirində iştirak edib. Gecəyə sevgilisi Aleks Rodrigezsiz gələn populyar ifaçı mətbuat və qonaqların bütün diqqətini öz üzərinə toplaya bilib. 47 yaşlı ifaçı gecə üçün qalın altas parçadan tikilmiş bej rəngli və bədən quruluşunu maksumum dərəcədə vurğulayan paltar seçib.
Dərin sinə dekoltesi olmasına baxmyaraq, bikini xəttinə qədər uzanan yarığı ovrazı korlamayıb. O, obrazını sadə aksessuarlar və “Christian Louboutin” bosonojkaları ilə tamamlayıb.
Aytən