Bakı. Trend:

“NİKOYL” İKB ASC (ünvan: Bakı şəhəri, Puşkin küçəsi 30) bildirir ki, 30 iyun 2017-ci il tarixdə saat 10.00-da Monako Krallığının, Monnte Karlo şəhərində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.

Bu barədə Trend-ə “NİKOYL” İKB ASC-nin Müşahidə Şurasından məlumat verilib.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulub:

Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiq edilməsi;
Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnamənin təsdiq edilməsi;
Mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi;
Yığıncağın gündəliyində duran digər məsələlər.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiq edici sənədləri təqdim etməyiniz xahiş olunur.

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcək.