Əməkdar artist Firuzə İbadovanın yaşadığı evindən borca görə çıxarılması xəbəri yayılmışdı. O, açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın ona 7 min manat borclu olduğunu və hələ də borcunu qaytarmadığını demişdi.

Bütün bu məsələlərlə bağlı əməkdar artist Metbuat.az-a danışıb:

“İlhamə xanım rəhmətə getməmişdən öncə Orxana zəng etdi ki, sən niyə Firuzə xanımdan 3 mindən əlavə yenə 4 min almısan? Bütün bunlardan İlhamə xanımın xəbəri var idi. Orxan söhbəti dağa-daşa vurur.

Bu gün ailə dolandırmaq, ev saxlamaq həqiqətən çox çətindir. O pula ehtiyacım var. Güclü qadınam. Yaşadığım evdən heç kim məni çıxara bilməz. Çarəsizlikdən evimi sataram, başqa evə köçərəm, nə lazımdırsa, onu da edərəm. Küçədə qalası deyiləm. Orxanın pulumu qaytarmasını bir il yarımdan çoxdur gözləyirəm. Amma pulum qaytarmasa məhkəməyə verəcəm. O yaxşı bilir ki, pulu məndən harda və hansı məqsədlə alıb”.

Rəvan Nasiroğlu / Metbuat.az