Azərbaycanlı müğənninin başına iş gəldi

Ukraynanın Kiyev şəhərində “Grand Euro party” təşkil olunub.

Metbuat.az xəbər verir ki, tədbirdə “Eurovision 2011”-in qalibi Eldar Qasımov da iştirak edib.

Konsert günü havanın isti olacağı deyilsə də, hər şey əksinə reallaşıb. Belə ki, Eldar Qasımovun səhnədə oxuduğu ikinci mahnı zamanı güclü yağış başlayıb. Başlayan yağışla Eldarın “Tell me about love” mahnısını oxuması vəhdət təşkil edib.

Konsert zamanı Eldar Qasımovun ukrayna dilində danışması iauditoriyada ciddi maraq yaradıb. İfaçı açıqlamasında konsert gününə xüsusi hazırlaşdığını və bir neçə gecə yatmadığını da dilə gətirib.

Onun konsertindən foto və videoları təqdim edirik.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR