İŞİD-ə əsir düşən jurnalistin ailəsinə SON MƏKTUBU

106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə amerikalı jurnalist Ceyms Foulinin İŞİD tərəfindən əsir götürülərkən ailəsinə yazdığı son məktubu səsləndirilib.

39 yaşlı amerikalı jurnalist "Frans-Press" agentliyinə videomateriallar hazırlamaq üçün Suriyaya yollanır. Şahidlərin sözlərinə görə, Fouli 2012-ci ilin noyabrında İdlibdə terrorçulara əsir düşür. Onun son məktubu isə belədir:

“Əziz ailəm və dostlarım! Mən hər şeyi xatırlayıram. Atamla kafeyə getməyimizi, anamla velosiped gəzintilərimizi. Ailəmlə bağlı o qədər gözəl xatirələrim gözümün qarşısında canlanır ki... Həmin xatirələr məni hazırki həsbxanadan çox uzaqlara aparır. Ailə və dostlarımla bağlı arzularım ürəyimi sevinclə doldurur. Bilirəm ki, mənim haqqımda çox düşünürsüz, mənim üçün dua edirsiniz. Buna görə sizə çox minnətdaram. Sizin hər birinizi hiss edirəm! Sizin güclü olmağınız və hər şeyin yaxşı olacağına inanmağınız üçün dua edirəm. Hətta bu qaranlıqda belə sizə toxuna biləcəyimi düşünürəm.

Burada kamerada 18 nəfərik. Müxtəlif mövzularda uzun-uzadı söhbətlər edirik: filmlərdən, idmandan, müxtəlif mövzulardan danışırıq. Biz hətta kameramızda olan xırda parçalar tapıb oyunlar oynayırıq. Dama, şahmat oynamaq üçün müxtəlif üsullar belə tapmışıq. Bu oyunlarla bağlı bir neçə günlük turnirlər də keçiririk. Bir birimizə nələrisə öyrədərək vaxtımızı keçiririk. Bəzən zarafat edərək əsir düşdüyümüzü unuduruq.

Burada özümü çox zəif, bəzən isə çox güclü hiss etdiyim günlər olur. Öz azadlığımız üçün darıxsaq da, əsirlərdən kimsə azadlığa çıxanda onun üçün hədsiz sevinirik..

Yemək hər gün verilir. Çay içirik, bəzən qəhvə də olur. Ötən il burada xeyli çəki atdım.

Qardaşlarım və bacılarım haqqda çox düşünürəm. Mayklla “Qülyabani” oynamağım, Mettyunun dalınca qaçmağım yadıma düşür. Əgər bank hesabımda pul qalarsa, istəyirəm onları Maykl və Metyuya verəsiz.

Con, Almaniyada sizə qonaq gəlməyimi xatırlayıram. Mark, qardaşım səninlə fəxr edirəm! Düşünürəm ki, snoubordinq və kempinqlə uğurla məşğul olursan.

Keti, əsir düşmədən öncə səninlə danışmağım yadıma düşür. Toyunda iştirak edəcəyimə ümid edirəm!

Qremmi, sən isə dərmanlarını vaxtında iç və rəqs etməyə davam et. Güclü ol, sənin gücün mənə sağ qalmaq üçün lazım olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR