Play Store

DİQQƏT: Ləkəni isti su ilə təmizləməyin

Ləkə çıxararkən etdiyiniz bu səhvlər işlərinizi daha da çətinləşdirə bilər.

Metbuat.az həmin səhvləri təqdim edir:

İsti ya da ilıq su istifadə etmək

Ləkənin üstünə isti su tökmək səhvdir. İsti su xüsusilə, qan ləkəsini parçadan silmək gücünə malik deyil. Ona görə, soyuq su istifadə edin.

Ovxalamaq

Ləkəni ovxaladıqda onu yayırsınız. Həmçinin parçanın materialına da ziyan verirsiniz. Ləkəni xəfif toxunuşlarla silməlisiniz.

Həddindən artıq ləkə təmizləyici istifadə etmək

Ləkənin üstünə çox ləkə təmizləyici tökdüyünüzdə köpüklənmə olacaq, onu yaxalamaq və qurutmaq imkansız hala gələcək. Xüsusilə, döşəmə və xalçalarınızı təmizləyərkən az miqdarda ləkə təmizləyici istifadə etmək yetərlidir.

Qırmızı şərab ləkəsinə duz tökmək

Bunu qətiyyən etməyin. Duz qırmızı şərabı parçadan təmizləmir. Bu qəhvə, çay və kola kimi ləkələr üçün də keçərlidir. Ləkəni su ilə silin və daha sonra ləkə təmizləyici istifadə edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR