“Alibaba”nın qurucusu Çinin ən varlı adamı oldu

“Alibaba”nın qurucusu Çinin ən varlı adamı oldu
08:47 18 May 2017
Ölkə mətbuatı
A- A+

"Forbes" jurnalının versiyasına görə, Çinin ən varlı insanı nəhəng "Alibaba Group" elektron kommersiya şirkətinin qurucusu Cek Ma olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, biznesmen Çin konqlameratı "Wanda Group"un rəhbəri Van Szyanlini geridə qoyub.
 
Qeyd olunur ki, Cek Manın varidatı 30,9 milyard dollar, Van Szyanlinin var-dövləti isə 30,7 milyard dollar qiymətləndirilir.

"Wanda Group"un rəhbərinin gəlirləri əsasən daşınmaz əmlak və əyləncə sahəsindəki biznesdən gəlir. Cek Manın var-dövləti 2017-ci ildə "Alibaba"nın səhmlərinin şirkətin gəlirlərinin üç dəfədən artıq bahalaşması sayəsində artıb.

Eyni zamanda "Forbes"in versiyasına görə, Asiyanın ən varlı insanı Honkonqdan olan multimilyarder Li Szaçen olub ki, onun da var-dövləti 32,9 milyard dollar qiymətləndirilir.

"Alibaba Group" internet nəhəngi elektron kommersiya sayəsində işləyən Çinin ən iri şirkətidir. Şirkət 1999-cu ildə yaradılıb və "AliExpress.com", "Taobao.com", "Tmall.com", "Alibaba.com" və "Alibaba Pictures" kimi törəmə şirkətlər məxsusdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR