Play Store

Bu maskalarla qırışlardan xilas olun

Kosmetik vasitələrin mənfi təsirləri irəliləyən illərdə üzdə problemlərə gətirib çıxarır. Bu problemlərdən biri də üzdəki qırışlardır.

Metbuat.az xəbər verir ki, bu qırışların qarşısını almaq üçün təbii üsullarla hazırlanan maskalarlar istifadə edə bilərsiniz.

Maska

Yarım almanı süzgəcdən keçirib əzin. Üzərinə qaymaq əlavə edib qarışdırın. Üzünüzə sürtüb 15 dəqiqə gözləyin. İlıq su ilə yuyun və nəmləndirici vurun.

Maska

1 çay qaşığı soda

1 şorba qaşığı qatıq

Qatıq və sodanı qabın içərisində qarışdırın. Qarışığın qabardığını görəcəksiniz. Üzünüzə tətbiq edib 20 dəqiqə gözləyin. Sonra ilıq su ilə dərinizi yuya bilərsiniz. Bu maskanı hər həftə mütəmadi olaraq tətbiq edin.

Maska

1 yumurta ağı və ya sarısı

1 yemək qaşığı qovrulmuş qarğıdalı unu

Yumurta sarısı ya da ağını qovrulmuş qarğıdalı ununa qarışdırıb yatmazdan öncə üzünüzə sürtün. Səhər tezdən bol su ilə yuyun.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR