Play Store

Rabitəbank sahibkarlar üçün yeni biznes kartını - BizKart-ı təqdim edir.

Rabitəbank sahibkarlar üçün yeni biznes kartını - BizKart-ı təqdim edir.
10:32 19 May 2017
Ölkə mətbuatı
A- A+

Rabitəbank sahibkarlıq fəaliyyətilə məşğul olan müştərilərə yeni məhsulunu, BizKart-ı təqdim edir. Artıq biznes fəaliyyətilə məşğul olan fiziki və hüquqi şəxslər BizKart-ın köməyilə şəxsi bizneslərini daha rahat şəkildə idarə edəcəklər. BizKart birbaşa sahibkar hesabına bağlı olduğundan o, sahibkarlara öz hesablaşma hesabı üzrə plastik kartların üstünlüklərindən faydalanmaq imkanı yaradır.

Rabitəbank-ın AZN/USD/EUR valyutalarında BizKart-na sahib olan zaman sahibkarlar aşağıdakı üstünlükləri qazanırlar:

Pulsuz Mobil Bankçılıq;

0,5% nağdlaşdırma imkanı;

Verginin avtomatik ödənilməsi;

Hesab qalığının Mobil/İnternet Bankçılıq vasitəsi ilə izlənməsi imkanı;

Avtomat Elektron Çıxarış vasitəsi ilə hesab üzrə keçirilmiş əməliyyatlara nəzarət edilməsi imkanı;

Onlayn ödənişlərin həyata keçirilməsi imkanı;

24 saat banka gəlmədən hesabdan istifdə etmək imkanı;

Artıq sahibkarlıq fəaliyyəti və idarəçiliyi daha rahat şəkildə həyata keçirə bilmək üçün Rabitəbank-ın yeni BizKart-ının üstünlüklərindən faydalanmaq olar!

Qeyd edək ki, 1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir.

Daha ətraflı məlumat almaq üçün Rabitəbank-ın 133 Məlumat Mərkəzinə zəng vura bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/546351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR