Bu azərbaycanlı məşhurların səhhəti ağırdır

Son günlər Azərbaycanın sevilən simaları ilə bağlı üzücü xəbərlər ard-arda gəlir.

Metbuat.az xəbər verir ki, Rafael Dadaşov, Rafiq Hüseynli və Könül Xasıyevanın səhhətində yaranan problemlər onları sevənləri xeyli üzüb.

Xalq artisti, muğam ustası Könül Xasıyeva onurğa sütununda problem olduğunu vurğulayıb:

“Əslində səhhətimlə bağlı çox danışa bilmirəm. Ona görə jurnalistlər zəng edib soruşanda ətraflı açıqlama verə bilmirəm. Heç istəməzdim ki, bu xəstəlik xəbərləri ilə gündəmə gəlim. Ağrılarım çoxalıb. Onurğa sütunumda olan problemlərlə yanaşı, həm də şəkərim məni narahat edir”

Xalq artisti, sevilən aktyor Rafael Dadaşov da səhhətindəki problemlərə görə xəstəxanaya yerləşdirilib. Müalicələrdən sonra evinə buraxılan aktyorun səhhəti yaxşılaşmağa doğru gedir.

iki gün əvvəl halı pisləşən xalq artisti Rafiq Hüseynlinin isə xəstəxanaya yerləşdirilməsi onkoloji xəstəliklə bağlı deyilmiş. Əldə etdiyimiz məlumata görə, xalq artistinin səhhəti hazırda qənaətbəxşdir.

Qeyd edək ki, Rafiq Hüseynli şəkərli diabetdən əziyyət çəkir. Xəstəliyin nevroloji fəsadları olduğuna görə, ayaqlarında ağrı və bir qədər zəiflik var.

Rəvan Nasiroğlu/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR