Play Store

"Qəbələ" İtaliyada "Milan"a uduzub

"Qəbələ" İtaliyada "Milan"a uduzub
11:12 20 May 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. "Qəbələ" ilk oyununda "Milan"la görüşüb. "Qırmızı-qaralar" bu matçda 0:3 hesabı ilə məğlub olub.

İkinci görüşdə komanda "Spal 2013" ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Beləliklə, "qırmızı-qaralar" ilk iki turda 1 xal toplayıb. Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. "Qəbələ" "Kapilan Pallo" ilə görüşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR