Kürdəmir rayon sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı rayonun Xırdapay kənd sakini, 1998-ci il təvəllüdlü Əhmədova Süsən Rafael qızı narkotik vasitə ticarəti ilə məşğul olarkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində