İslamiada: Azərbaycanın kişi voleybol yığması gümüş medal qazanıb
Paylaş
106 baxış·1 dəq oxu
Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. "Report"un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu kollektiv finalda İran yığmasına 0:3 hesabı ilə uduzub. Bakı Kristal Zalında keçirilən həlledici görüşdə Azərbaycan millisi yalnız ikinci setdə rəqibinə ciddi müqavimət göstərə bilib. Voleybol Final 19:30. Azərbaycan - İran - 0:3 (16:25, 27:29, 18:25) Qeyd edək ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası İslamiadanı qızıl medalla başa vurub.