"Report"un verdiyi xəbərə görə, bu barədə "Atabank" ASC-nin Risk menecmenti Departamentinin direktoru, ARPA-nın eksperlər qrupunun sədri Elman Sadıqov "Risk" analitik-biznes jurnalındakı məqaləsində qeyd edib. Onun fikrincə, bu şirkətlər müəyyən komissiya haqqı qarşılığında verilən kreditlər üçün banklara kreditləşən müəssisələrin xeyrinə təminat məktubu verə bilər: "Qarşılığında isə kreditin riski aşağı düşür, faiz dərəcəsi enir, kreditə isə həmin şirkət də əlavə olaraq yaxından nəzarət edilir. Bu mexanizm üzərində düşünməyə dəyər".
"Atabank" rəsmisi qeyd edir ki, bank sektoru ən çətin mərhələdən keçə bilib, bundan sonra 1-2 il ərzində 2014-2016-cı illərdən qalan digər problemlər effektiv və minimum itkilərlə tədricən həll olunacaq: "Bu dövrdə aktiv kreditləşmə ehtimalı zəif olduğu, ehtiyatların ayrılmasının davam edəcəyi, faiz gəlirləinin azalacağı ehtimallarının yüksək olmasını nəzərə alacaq banklar alternativ xidmət kanallarının inkişafına, yeni bank məhsullarının təqdim olunmasına, qeyri-faiz gəlirlərinin artırılmasına diqqət yetirməli olacaq. Prioritet isə sağlamlaşdırma olacaq".