Rusiyanın Su-24 hərbi təyyarəsinin pilotunun qətlində şübhəli bilinən Alparslan Çelik 5 il azadlıqdan məhrum edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda onun vəkili Murad Üstündağ bildirib.

Aplarslan Çelik qanunsuz silah saxladığına görə həbs olunub.

“Məhkəmə Çelikin Rusiya pilotunun həlak olmasında iştirakı haqqında məsələyə baxmırdı. Onunla bağlı araşdırma davam edir”, - vəkil deyib.

Pilot Oleq Peşkov Suriyada 2015-ci il noyabrın 24-də həlak olub. Su-24 Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 türk qırıcısı ilə vurulmasından sonra pilot tullansa da, onu yerdə güllələləyiblər.

Alparslan Çelik hadisədən dərhal sonra pilotun ölümünə görə məsuliyyəti öz üzərinə götürüb. Amma Çelik dinləmə zamanı öz ifadələrindən imtina edib və pilotun qətlində iştirakı barədə ittihamları qəbul etməyib. Onun sözlərinə görə, Peskovun tullandığı yerdə olan döyüşçülərdən onu güllələnməməsini xahiş edirdi.

Qeyd edək ki, Su-24 bombardmançısının vurulması Rusiya və Türkiyəni hərbi qarşıdurma həddinə gətirib. Ölkələr arasında siyasi və iqtisadi münasibətlər minimuma enib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyununda hadisəyə görə üzüntüsünü dilə gətirməsi və həlak olan pilotun ailəsinə başsağlığı verərək üzr istəməsindən sonra münasibətləri normallaşmağa başlayıb.

Ömər Dağlı