Saç qadının ən önəmli aksessuarlarından biridir. Kimi qısa saç sevərkən, kimisi də uzun saç sevir.
Metbuat.az saçını uzatmaq istəyənlərə təbii üsulları təqdim edir:
Kartof suyu: Kartof suyunu başınızın dərisinə vurun. Saçınızı şampunlamadan öncə 15 dəqiqə saxlayıb yuyun. Kartofun tərkibindəki A, B, C vitaminləri saçların uzanmasına yardım edəcək.
Soğan suyu: Soğanın suyunu çıxartmaq üçün 2 ədəd təzə soğanı doğrayıb qarışdırın. Baş dərinizdə 15 dəqiqə saxlayın. Ardından şampunla yuyun.
Alma sirkəsi: 75 ml alma sirkəsini 1 litr su ilə qarışdırın. Saçınızı şampunladıqdan sonra bu qarışıqla saçınızı yaxalayın.
Yaşıl çay: Yaşıl çay güclü antioksidant olduğu üçün saça faydalıdır. Yaşıl çayı ilıq olaraq saçınıza tətbiq edin və bir saat gözləyin. Sonra isti su ilə saçınızı yuyun.
Sarımsaq: Qan dövranını sürətləndirir və saçların uzanmasını təmin edir. 2 diş sarımsağı 2 şorba qaşığı zeytun yağı ilə qarışdırıb qaynadın. Saç köklərinə tətbiq edin və şampunla yuyun.
Aysel Yaqubqızı / Metbuat.az