"Report" xəbər verir ki, bunu "Baku Shopping Festival"ın yekunlarına həsr olunmuş konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, festival dövründə müxtəlif mağazalarda satış həcmləri müxtəlif səviyyələrdə artıb:
"Premium geyim mağazalarında satış 15%-ə qədər, kütləvi brendlər satılan mağazalardan 46%, elektronika və məişət avadanlıqları satılan mağazalarda isə satış 3 dəfəyə qədər artıb. Festivalla bağlı 54 ölkənin müxtəlif KİV-ində məlumat yayılıb".