Zambiyada dəhşətli yol qəzası baş verib.

Metbuat.az bildirir ki, avtobusun aşması nəticəsində 20 nəfər ölüb, 48 nəfər isə yaralıdır. Bu barədə bölgənin polis sözçüsü Easter Katonqo məlumat verib:

"İnsanları daşıyan avtobus yüksək sürət səbəbindən dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə 20 nəfər dünyasını dəyişib, 48 nəfər yaralanıb".

Qəza ilə bağlı araşdırma aparılır.