Qara istiotla bəyəndiyiniz geyimlərin rənginin solmasının qarşısını ala bilərsiniz.

Metbuat.az xəbər verir ki, paltarlarınızı yumadan öncə paltaryuyan maşına bir çay qaşığı qara istiot əlavə edin. Bu geyimlərin rənginin solmasının qarşısını alacaq və rəngini daha da canlandıracaq. Qara istiot geyimlərdə qoruyucu maddə əmələ gətirir. Ancaq suyun aşağı temperaturda olmasına diqqət edin.

Aysel Yaqubqızı / Metbuat.az