Küsdükləri irəli sürülən Melaniya Trampla Amerika prezidenti Donald Tramp Vatikana səfər çərçivəsində barışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kameralar qarşısında özünü qeyri-etik aparan ABŞ prezidentinin həyat yoldaşı bu dəfə barışıq addımı atıb. Belə ki, kilsədə Donald Trampla Melaniya Tramp ələ-ələ tutublar. Bu anları kameralar dərhal lentə alıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Romaya səfəri zamanı təyyarədən çıxan prezident xanımının əlini tutmağa cəhd edib. Lakin Melaniya Tramp ərinin əlini geri çevirib. Xarici mətbuat təyyarədə ABŞ prezidenti və onun xanımı arasında yaranan incikliyin səbəbinin tapmağa çalışıb. Nəşrlərdən biri istehza ilə fərz edib ki, Səudiyyə Ərəbistanından uçuş Ağ Evin başçısı və Amerikanın birinci xanımının əhval-ruhiyyəsini korlayıb.
Tələvivə səfəri zamanı isə qırmızı xalçadan keçəndə xanım Tramp ərinin əlini geri itələyib. Prezident xanımının bu cür davranışı təkcə Donald Trampı deyil, həm də bütün Ağ ev pis vəziyyətdə qoyub. Çünki hökumətinin məsləhətçiləri dəfələrlə Melaniyaya xəbərdarlıq edib ki, emosiyaları nəzarətdə olmalıdır.
Bu hadisə dünya KİV-lərin “Arvadı Trampı İsraildə biabır etdi” başlığı ilə dərc olunmuşdu. Birinci ledinin həyat yoldaşına qarşı laqeydliyi sosial şəbəkələrdə müzakirəyə çıxarılaraq kəskin tənqid edilmişdi. Belə görünür ki, Son bir neçə gün ərzində ərinin menrihanlıq təzahürlərini bir neçə dəfə rədd edən və bütün dünya mətbuatının diqqət mərkəzində olan birinci xanım mənfi rəylərdən nəticə çıxarıb.