Bakıda qadına qarşı soyğunçuluq edən şəxs cinayət başında tutulub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib.

1976-cı il təvəllüdlü Sədaqət Eminovanın çantasından 700 manat pulu və telefonunu alıb qaçmaq istəyərkən 2000-ci il təvəllüdlü Rzaqulu Allahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində