29 may 363-cü ildə Roma imperatoru Yulian Sasani ordusuna qalib gəlib.

1453-cü ilin bu günü Sultan II Mehmetin başçılığı altındakı Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinə son qoyub.

29 may 1727-ci ildə II Pyotr Rusiya çarı olub.

1918-ci ilin bu günü Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edib.

29 may 1924-cü ildə İspaniyada Rayo Vallekano (Madrid) klubunun əsası qoyulub.

1992-ci ilin bu günü Azərbaycan Respublikası Tacikistan ilə diplomatik əlaqələr qurub.

Aytən Novruzova / Metbuat.az