Bu telefonlarda "WhatsApp" işləməyəcək

30 iyundan etibarən "WhatsApp" messenceri bəzi telefonlarda işləməyəcək.

Metbuat.az xəbər verir ki, "WhatsApp" köhnə və az istifadə olunan sistemlərdə işləməyəcək. Bu sıraya BlackBerry OS (BB10 daxil olmaqla bütün versiyalar), Nokia S40, Symbian S60, Android 2.1, Android 2.2 və Windows Phone 7.1 əməliyyat sistemləri daxildir. Mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə edilən platformalarına üstünlük verəcək.

İstehsalçıların sözlərinə görə, köhnə qurğular "WhatsApp"a zamanla əlavə olunacaq yeni funksiyaları reallaşdırmağa imkan vermir. Məsələn, Symbian və Nokia telefonları üçün olan proqram artıq səsli zəngləri dəstəkləmir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR