Londonun avtomobil piyadaları vurub, əraziyə silahlı polislər cəlb edilib

Londonun avtomobil piyadaları vurub, əraziyə silahlı polislər cəlb edilib
02:12 4 İyun 2017
73 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 iyun. REPORT.AZ/ Londonun mərkəzindəki körpüdə mikroavtobus piyadaları vurub.
"Report"un məlumatına görə, bu barədə "BBC" (Bi-Bi-Si) telekanalı xəbər verib.
"The Sun"ın məlumatına görə isə, hadisə yerində insanlar təxliyə edilirlər. Əraziyə silahlı polislər cəlb olunub.
Şahidlər polislərin atəş açdığını bildirib.
"Biz qaçmağa məcbur olduq. Çoxlu sayda atışma vardı" deyə hadisə şahidlərindən biri bildirib.
"Sun" nəşri də London körpüsündə atışma səslərinin gəldiyini xəbər verib. Nəşr hadisə şahidlərinə əsasən bir neçə nəfərin bıçaq xəsarətləri aldığını bildirib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonun-avtomobil-piyadalari-vurub-eraziye-silahli-polisler-celb-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR