ARB TV-nin "Evgördü" verilişinin qonağı olan tanınmış bəstəkar Nazim Məmmədov maraqlı açıqlamalar verib.
Milli.Az b ildirir ki, o, ilk olaraq "qızınızın ifaçı olmasına icazə verərdinizmi"? - sualına belə cavab verib:
"Xanım müğənni dostlarımız var. Buna misal olaraq, Alim Qasımovun çox istedadlı qızı Fərqanə xanım. Həyatdır, hər şey ola bilər. Gələcəyi bilə bilmərik. Sadəcə, çətin yoldur. Məclislər gec bitir, yol problemi və s. Bu gün müğənnilər öz tələbatlarını ödəmək üçün mahnılarını aranjman etmək üçün pul qazanmalıdır və bunu da toylarla təmin edirlər. Gecə-gündüz işləyirlər. Biz də istəyərik ki, övladımız əziyyət çəkməsin. Bundan əlavə xoşagəlməz fikrlər səsləndirirlər, şayiələr yayırlar və s. Hiss edirəm ki, Fatimədə (qızı) ritm var. Röyanın bir mahnısı var Səadət oxuyur. Gələcəkdə pianist və bəstəkar olmasın istəyərəm".
Nazim bəstələrini müğənnilərə verəndən sonra hit olmasından söz açıb:
"Eqoistlik məndə yoxdur. Oxuyub tutanlar barədə də fikrim olmayıb. Deməmişəm ki, kaş mən oxuyardım. Hətta Elçin Cəfərov mənim mahnımı oxuyub tutmuşdu. İstədim ki, illər sonra özüm hit olmuş mahnılarımı yığıb albom düzəldib, fərqli formada aranjman edim. Amma gördüm ki, mən fərqli adamam, məndə alınmaz. Daha sonra Elza Seyidcahanın bir mahnısı var idi, ondan icazə istədim ki, oxuyum. İcazə verdi, oxudum, gördüm ki, öz ifamda bəyənmədim. O qiyməti verməyi bacarmaq lazımdır. Mənim mahnılarım var ki, heç kim eşitməyib. Pul verəni də var, verməyəni də. "Papka"larda yatır mahnılarım, alıb saxlayırlar. Mahnı efirə çıxmalıdır. Gündə 10 dənə mahnı yazmaq olar, əhvalın yaxşı olsa. Mənim evdə 1 kilo qızılım var, göstərməlisən bilməlidilər də".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

