Türkiyə XİN-dən gərginliklə bağlı AÇIQLAMA: "Kömək etməyə hazırıq"

Türkiyə XİN-dən gərginliklə bağlı AÇIQLAMA: "Kömək etməyə hazırıq"
16:27 5 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Qətər və onunla diplomatik münasibətləri kəsən ərəb ölkələri arasındakı böhranın həlli üçün kömək etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn, Yəmən və Liviyanın bu qərarı Türkiyəni məyus edib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR