Qətər böhranının GİZLİ SƏBƏBİ: 4 il öncə Azərbaycanın qonşusu ilə...

Qətər böhranının GİZLİ SƏBƏBİ: 4 il öncə Azərbaycanın qonşusu ilə...
11:13 6 İyun 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərindən sonra 8 ölkə - Səudiyyə, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya, Maldiviya və Mavritaniya terroru dəstəkləmək və İranla əməkdaşlıq etməyi əsas gətirərək Qətərlə diplomatik əlaqələri kəsdi.

Publika.az
xəbər verir ki, bu qərarın qəfil verilməsi və Qətərin bütün təkziblərinə rəğmən, “rəhm edilməməsi” məsələnin alt qatında nələrin olduğuna dair suallar yaradır.

Türkiyəli mütəxəssis Sadıq Ünay Qətərlə bağlı böhranın gizli səbəbinin təbii qaz olduğunu açıqlayıb.

“Qətər dünyanın ən böyük təbii qaz qaynaqlarına sahibdir. 2013-cü ildən başlayaraq, İran-Qətər münasibətləri çox yaxşıdır. Bu vəziyyət ABŞ və Səudiyyə Ərəbistana təsir edir. 2013-cü ildə başlanan İran-Qətər əməkdaşlığı bölgədəki siyasi tarazlığı dəyişdirə bilər. Qətərlə İranın dünyanın ən böyük təbii qaz istehsalına başlamaq qərarı bu böhranın əsas səbəbidir”, - deyə mütəxəssis bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/201504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR