Londonun müsəlman meri: "Bizi qorxutmaq mümkün deyil" - VİDEO - FOTO

Londonun müsəlman meri: "Bizi qorxutmaq mümkün deyil" - VİDEO - FOTO
13:17 6 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən minlərlə, on minlərlə müsəlman Londonun mərkəzinə yığışaraq ötən şənbdə günü törədilmiş məşum terror aktının qurbanlarını anıblar.

Şəhərin meri, Pakistan əsilli müsəlman olan Sadiq Xan yığışanların qarşısında çıxış edərkən bildirib ki, İslam adı ilə pərdələnən insanlar britaniyalıları, o cümlədən ölkənin müsəlman vətəndaşlarını qorxuda bilməyəcəklər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Potters Field Park-dakı aksiyaya London Şəhər Polisinin rəhbərliyi və mənsubları, habelə Kenterberi arxiyepiskopu da qatılmışdılar.

7 nəfərin həlak olduğu, 48 nəfərin yaralandığı teraktdan bəhs edərkən Sadiq Xan deyib: "Şəhərimizə barbar hücumundan həlak olanları və yaralananları anmaq üçün buradayıq. Tauer körpüsündə insanlara hücum edənlər hər birimizi hədəfə aldılar. Lakin onlar məqsədlərinə çatmayacaqlar, çata da bilməyəcəklər. Həyatımız davam edir, daha da irəliləyəcəyik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Londonun müsəlman meri:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/551575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR