“Qətər böhranı”na qədər bu ölkənin adı çəkiləndə ağıla ilk gələn Qətərin birinci xanımı Şeyha Mozah Nasir El Misnad olurdu.

Metbuat.az xəbər verir ki, Qətər əmiri Şeyx Hamid Bin Xəlifə əl-Saninin həyat yoldaşı geyimləri ilə daim diqqət mərkəzində olub. Şeyha Mozah digər ərəb ölkələrinin birinci xanımlarından fərqli olaraq, bütün rəsmi tədbirlərdə, səfərlərdə aktiv şəkildə istifadə edir. O, "Forbes" jurnalının "dünyanın ən güclü 100 qadını siyahısı"nda 74-cü yeri tutub.

Əmir 3 həyat yoldaşından biri olan Şeyha Mozah Nasir El Misnada bir brenddən libas almaq əvəzinə, həmin markanı satın alır.

Cütlüyün 5 oğul, 2 qız övladı var. Qeyd edək ki, Qətərin birinci xanımı 15 milyard dollarlıq bir cəmiyyətin başçısıdır.

Şeyha Nasir Türkiyəli aktyor Kıvanç Tatlıtuğ heyranıdır. Bir neçə il öncə İstanbula 30 nəfərlik heyətlə gələn birinci xanım aktyorla çay içmək arzusunda olsa da, Kıvancın xaricdə olması səbəbindən istəyi reallaşmayıb.

Aytən Novruzova / Metbuat.az