Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğında yaralananlar var.
Metbuat.az bildirir ki, bu barədə yanğın baş verən binanın sakinləri əməkdaşımıza məlumat verib. Onların sözlərinə görə, yaralılar xəstəxanaya aparılıb.Hadisə 13:30 radələrində baş verib.
Hazırda xəbəri rəsmi dövlət orqanlarından dəqiqləşdirməyə çalışırıq.
XXX
Bakının Yasamal rayonu Şərifzadə 1 ünvanında, məcburi köçkünlərin yerləşdiyi binada bu gün saat 13:30 radələrində baş verən yanğında xəsarət alan olmayıb.
Bu barədə Metbuat.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açıqlama verib.
Bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb. Bir nəfər zəhərlənib. Bu haqda Prezident Adminstrasiyasına məlumat verilib. Hadisə nəticəsində 15 ailənin mənzili yanıb.
Aytən Novruzova / Metbuat.az