Bakı. 8 iyun. REPORT.AZ/ Bolqarıstanın "Vereya" futbol klubunun müdafiəçisi İvan Bandalovski matç zamanı azarkeşlərdən biri tərəfindən meydançaya atılmış pivəni içib.
"Report" xəbər verir ki, maraqlı hadisə Bolqarıstan çempionatının pley-off matçında, Avropa Liqasında yer uğrunda "Levski" komandasıyla qarşılaşmada baş verib.
Belə ki, Bandalovski pivəni içdikdən sonra oyunun 93-cü dəqiqəsində rəqib komandanın qapısına qol vuraraq hesabı bərabərləşdirib: 1:1.
Qeyd edək ki, oyun penatlilər seriyası ilə "Levski"nin 10:9 hesablı qələbəsi ilə başa çatıb.

Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub
Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub
Bolqarıstanın "Vereya" klubunun müdafiəçisi oyun zamanı pivə içərək qol vurub