Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin Milli.Az-a müsahibəsi:

Biletlərin əksəriyyəti satılıb, artıq bəzi tribunalara bilet yoxdur.
- Nigar xanım, Formula 1 yarışlarının 2017 Azərbaycan Qran Prisinə sayılı günlər qalır. Son dəfə sizinlə söhbət zamanı dediniz ki, bu il Bakıda keçiriləcək Formula 1 yarışlarına ötən ilə nisbətən maraq daha böyükdür. Hazırda bu maraq hansı səviyyədədir? Nə qədər bilet satılıb?
- Sevindirici haldır ki, həqiqətən də ötən ilə nisbətən bu il yarışlara maraq daha böyükdür. Xüsusilə də əcnəbilərin marağı çox artıb. Bunu biletlərin satılma coğrafiyası da sübut edir. Belə ki, Bakıda keçiriləcək yarışları izləmək üçün artıq 57 ölkədən biletlər alınıb. Bu günədək bilet alan xaricilərin sayı ötən ilə nisbətən 2 dəfədən çox artıb. Bundan çox razıyıq. Ümumilikdə indiyədək satılan biletlərin yarıdan çoxu, daha doğrusu təxminən 55 faizi xaricilər tərəfindən alınıb. Amma indi biletləri daha çox azərbaycanlılar alırlar. Biletlər həm satış nöqtələrindən, həm də internet vasitəsilə onlayn olaraq alınır. Biz bunu belə də gözləyirdik. Hər şey proqnozlarımıza uyğun olaraq gedir. Gözləyirdik ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti biletləri məhz yarışa az qalmış almağa başlayacaqlar.

Ümumiyyətlə isə biletlərin əksəriyyəti artıq alınıb. Qeyd edim ki, iki tribunaya biletlərin hamısı satılıb, bircə yer də qalmayıb. Bunlar "Filarmoniya" və "İçərişəhər" tribunalarıdır. Digər tribunalara isə yerlərin yarıdan çoxuna bilet satılıb. Gözləyirik ki, onlara da biletlər tam olaraq satılacaq. Satışlardan razıyıq və istəriyik ki, bu proses son məqama qədər davam eləsin və bütün biletlər alınsın.
Bu il insanlar yarışa daha pozitiv yanaşırlar.
- Ötən ilə nisbətən bu yarışlara yerli əhalinin münasibətindəki dəyişikliklər barədə nə deyə bilərsiniz?
- Ümumilikdə müşahidələr göstərir ki, bu il insanlarımız daha çox pozitivdirlər, daha müsbət yanaşırlar. Ötən il yarışdan əvvəl işlərə başlayanda insanlar düşünürdülər ki, bizə Formula 1 lazımdırmı? Yarışlar necə keçəcək? Ümumiyyətlə, bu nədir? Deyirdilər ki, yollar bağlanır, narahatlıq olur. Qənbər daşlı yolların asfaltlanmasına etiraz edirdilər. İndi isə biz tam fərlqi atmosfer, tam başqa yanaşmanın şahidi oluruq. İndi daha çox insan daha yarışa gəlmək, baxmaq, görmək istəyir, daha çox etibar edirlər. Ona görə də indiki ab-hava ötən ilə nisbətən qat-qat pozitivdir. Biz bunu təkcə sözdə anlamırıq, həm də bazar araşdırmaları aparır, bu məlumatları birbaşa insanların fikirlərini öyrənməklə əldə edirik. Həm mətbuatdan, həm də bilet alan insanlardan gördüyünüz odur ki, ümumilikdə yanaşma çox müsbətdir. Ötən il də beynəlxalq mediada Azərbaycana qarşı münasibət müsbət idi, hətta neqativ məlumatların payı 1 faizdən də az idi. Bu il də belədir. Xarici medaiada həm Azərbaycan Qran Prisi, həm də son aylar görülən işlər barədə pozitiv məlumatların sayı qat-qat çoxdur.

Biznes qurumları bileti olanlara endirimlər təklif edir.
- Bəs biznes qurumların bu yarışa marağı hansı səviyyədədir? Bu marağı artırmaq üçün hansı işlər görülür?

