“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, Kaliforniya startapı tərəfindən yaradılmış 30 qram ağırlığında cihaz birdəfəlik yapışqan plastırdan ibarətdir, alın nahiyəsinə bərkidilir və taxma vasitəsilə buruna birləşdirilir. Pasiyent yatdıqda cihaza qurulmuş datçiklər qanın oksigenlə doyma dərəcəsini, ürək ritmini, yuxunun müddətini və bədənin vəziyyətində dəyişiklikləri qeydə alır.
“Somnarus” startapı ötən il qurğunu ABŞ-ın 3 yuxu klinikasında sınaqdan keçirib. Tədqiqatda iştirak etmiş 174 pasiyentin 50%-i standart polisomnoqrafiya edib, digərləri isə “SomnaPatch” cihazından istifadə ediblər. Məlum olub ki, yeni cihazın dəqiqliyi 87,4% təşkil edir.
Emil Hüseynov