İran İnqilab Keşişçiləri komandiri Hüseyn Salami Tehranda törədilən terror aktlarının cavabsız qoyulmayacağını bildirib.
Metbuat.az xəbər verir ki, komandir terrorun ağır cavabı olacağını vurğulayıb.
“Terroru törədənlərdən intiqamımızı alacağıq. Bunu harada və hansı üsulla həyata keçirəcəyimiz isə sirr olaraq qalsın. İntiqamımız bizə ediləndən dəfələrlə ağır olacaq və millətimiz bunun şahidi olacaq”.
Qeyd edək ki, İranda bir neçə gün öncə törədilən terror aktları nəticəsində 16 nəfər ölüb, 40 nəfər isə yaralanıb.
Aytən Novruzova / Metbuat.az