Rusiyalı yazıçı və ictimai xadim Azərbaycan XİN-in "qara siyahısı"na salınıb
Paylaş
57 baxış·1 dəq oxu
Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. "Onun adı "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib, o, adını yenilənmiş siyahıda tapa bilər", - H.Hacıyev vurğulayıb.