Sabah futbol üzrə Azərbaycan millisi DÇ-2018-nin təsnifat mərhələsinin 6-cı turu çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək.

Metbuat.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçki yığmamızın heyətini açıqlayıb.

Beləliklə, millimiz Şimali İrlandiya ilə oyuna bu heyətlə çıxacaq: Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev, Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov, Ramil Şeydayev

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.