"Belə şeylər qəbul edilməzdir".

Metbuat.az xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov gənc müğənnilərə toylarda daha çox dəyər verilməsi haqda "Elin gözü" verilişində danışarkən deyib.

"Ot olan yerdə at olmur, at olan yerdə ot olmur. Pul gəlib elə adamların əlinə düşüb ki, onlar sənəti bilmirlər, sənətkara qiymət verməyi bilmirlər. Əsil sənətkarlar qalıb qıraqda, amma mikrafon tuta bilməyən biri gəlib 15 dəqiqə mahnı oxuyur, neçə min pul qazanıb gedir".

Dilarə Zamanova