ABŞ dövlət katibi Reks Tillerson Qətərə tətbiq edilən sanksiyaların aradan qaldırılması üçün ərəb ölkələrinə müraciət edib.
Metbuat.az xəbər verir ki, Tillerson Səudiyyə Ərəbistanı, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Bəhreyn və Misirə müraciət edərək, münasibətləri yumşaltmağa səsləyib.
“Nümayiş etdirilən mövqe İŞİD-lə mübarizəyə xələl gətirə, münasibətlərin daha da gərginləşməsinə yol aça bilər. Əlaqələrin kəsilməsi Qətərdə ərzaq çatışmazlığı yaradıb, uşaqlar maddiyyat ucbatından təhsildən kənarda qalır. Hazırki vəziyyət bizim ticarət əlaqələrimizə də maneəçilik törədir. ABŞ məsələnin danışıqlarla həllini gözləyir”.
Aytən Novruzova / Metbuat.az