Jurnalist Kaya Çilingiroğlu keçmiş həyat yoldaşı, aktrisa Hülya Avşar haqqında etiraflar edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Hülya Avşardan ayrıldıqdan sonra qısqandınızmı, yenidən ərə getsə, qısqanarsız" suallarına belə cavab verib:
"Qısqanc deyiləm. Amma münasibətimizin ilk dövrlərində dəhşət qısqanırdım. "Berlin Berlin" filmindəki ehtiraslı səhnəni mənə söyləməmişdi, xəbərsiz çəkilmişdi. Xəbəri qəzətdən öyrəndim. O zaman qısqanmışdım. Onu ertəsi gün konsertinə aparanda avtomobili əsəbimdən çox sürətlə sürürdüm. Sırf ona əzab vermək istəyirdim. Hülya da qorxudan ağzını aça bilmirdi".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində