“Report” nazirliyə istinadən xəbər verir ki, iş adamlarından cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının, süd və meyvə emalı müəssisələrinin, otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.
Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: info@anfes.gov.az