Milli komandamızın baş məşqçisi Robert Prosineçkidən əl çəkməyən "Bursaspor" bir tərəfdən də alternativ variantlar üzərində düşünür.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "yaşıl timsahlar" Mirça Luçesku ilə danışıqlara başlayıb.
Rumıniyalı əfsanəvi baş məşqçi ilə danışıqları birbaşa klub prezidenti Ali Ayın apardığı iddia edilib. Bildirilib ki, Luçesku da uzun müddət sonra Türkiyəyə dönməyin əleyhinə deyil.
Ancaq tərəflər arasındakı razılığın alınmasında maddi məsələlər maneçilik törədir. Belə ki, Luçe "Bursaspor"dan illik 3.5 milyon avro tələb edib. Komanda isə bu məbləği mümkün qədər aşağı çəkməyə çalışır.
Qeyd edək ki, Mirça Luçesku 2000-ci illərin əvvəllərində "Qalatasaray" və "Beşiktaş"ı çalışdırmış, İstanbul nəhənglərinə çempionluqlar qazandırıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində