Dünyaca məşhur müğənni Emi Vaynhausun ölümündən öncə verdiyi müsahibəsi müxtəlif media orqanlarında yayımlanıb.
Metbuat.az xəbər verir ki, jurnalistin "Nə üçün özünə zərər verirsən, niyə narkotik qəbul edirsən?" sualına Emi Vaynhaus belə cavab verib: "Atam mənə "etmə" desin deyə edirəm".
Qeyd edək ki, müğənninin hələ 9 yaşı olarkən, atası evi tərk edib.
Qəbul etdiyi alkoqollu içkidən zəhərlənən Emi Vaynhaus 2011-ci ildə dünyasını dəyişmişdi.
Dilarə Zamanova