Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report"a bildiriblər ki, reyslərin hansı səbəbdən ləğv edildiyi məlum deyil.
Məlumata görə, iyunun 15-də, Bakı vaxtı ilə 01:25-də Dohadan Bakıya gəlməli olan "QR 247" saylı reys və 03:30-da Bakıdan Dohaya uçmalı olan "QR 248" saylı aviareyslər ləğv edilib.
Eyni zamanda, iyunun 14-də, Bakı vaxtı ilə 20:30-da Krasnoyarskdan Bakıya gəlməli olan "IO 247" saylı reys və 21:30-da Bakıdan analoji istiqamətdə uçmalı olan "IO 248" saylı reys ləğv edilib.