Rusiyalı məşhur aktyor Aleksey Batalov vəfat edib.

Metbuat.az xəbər verir ki, aktyor bu səhər 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, aktyor geniş kütləyə "Moskva göz yaşlarına inanmır" filmində canlandırdığı "Qoşa" rolu ilə tanınıb.

Dilarə Zamanova / Metbuat.az