“Report” SOCAR-a istinadən xəbər verir ki, STTM-də aparatçı, kompressor qurğularının maşinisti, NÖC və avtomatika üzrə çilingər, elektrik qaz qaynaqçısı, nasos qurğularının maşinisti, elektrik montyoru və qazla kəsən peşələri üzrə 61 yerə 345 nəfər iddiaçı, DİHMTM-yə isə I-II iş qrupu üzrə 4-cü dərəcəli dalğıc peşəsi üzrə 10 yerə 36 nəfər iddiaçı test imtahanlarında iştirak edib.
Test imtahanlarında iddiaçılara milli dövlətçilik, riyaziyyat, fizika, kimya, məntiq və tarix fənlərindən ümumilikdə 70 test tapşırığı təqdim olunub, tapşırıqların cavablandırılmasına isə 105 dəqiqə vaxt ayrılıb.
Test imtahanlarının nəticələri barədə məlumatlar yaxın günlərdə www.socar.az saytı “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt bölməsində yerləşdiriləcək.





