Play Store

"Gözlədiyim adamlar təbrik etmədi" - Murad Əzimzadə

"Səs-küylü ad günü qeyd etməyi sevmirəm".

Bu sözləri dünən 28 yaşı tamam olan tanınmış aparıcı Murad Əzimzadə doğum gününü necə qeyd etməsi haqda Metbuat.az-a danışarkən deyib:

"Mən hamını başıma yığıb ad günü qeyd etməyi sevmirəm. Heç vaxt bu şəkildə ad günü qeyd etməmişəm. İlk təbrik həmkarımdan gəldi, sonra "ATV Kulis" kolektivimiz tortla mənə sürpriz etdi. Gözləmədiyim adamlardan təbriklər gəldi. Bəzi gözlədiyim adamlar isə təbrik etmədi. Ümumiyyətlə, doğum günü çox qəribə bir hadisədir. İnsanın gözü sosial şəbəkələrdə olur ki, görüsün kim təbrik etdi, kim etmədi. Pis gün elədir ki, ona onsuz da hamı yığışıb gəlir. Amma xoş günlər də insan daha həssas olur".

http://metbuat.az/news/721650/murad-ezimzade-filme...

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR